Accessibility links

Nabukko və ya Cənub Axını? (Video)


Avropaya qaz kəmərləri inşası ətrafında son zamanlar yarışlar artmaqdadır. Qitənin bu marketini əlinə almağa çalışan Rusiya Avropa İttifaqının dəstəklədiyini layihədən öncə öz layihəsini başa vuracağını deyir. Rusiya Nabukko layihəsinin asılı olduğu problemlərin həllinin vacibliyini önə çəkərək, Cənub Axını layihəsinin şanslarının yüksək olduğunu vurğulayıb. May ayının 15-də 2015-ci idlə inşasına təməl qoyulacaq Cənub Axını layihəsinin sürətləndirilməsi məqsədi ilə Rusiya Bolqarıstan və Macarıstanla bir neçə sənəd imzalayıb. Lakin Rusiya qazından asılılıqlarını azaltmaq istəyən bu ölkələr Nabukkonun da gerçəkləşməsinin tərəfdarıdır. Nabukkonun inşasına qoyulan möhlət Cənub Axınını bir il qabaqlayır.

Bu yaxınlarda Avropa İttifaqının prezidentliyini icra edən Çex Respublikasının enerji təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Vaslav Bartuşka ABŞ- Atlantik Şurasında Qara dəniz və Xəzər regionunda artqmaqda olan enerji rəqabəti və mürəkkəb vəziyyətin layihənin reallaşdırılmasına imkan verəcəkmi sualına cavab tapılması məqsədi ilə təşkil edilən tədbirin iştirakçısı olub.

Vaslav Bartuşka Nabbuko və ya Cənub Axını layihələrin hansının gerçəkləşməsinin daha real olduğunu bilmədiyini,lakin onlardan birinin mütləq baş tutacağını deyib.

"Amerikanın səsinin Avropa İttifaqının Nabukkoya dəstək verməsi Rusiyanın təcridi demək deyilmi?" sualının cavabında Çex Respublikasının enerji təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Bartuşka deyib ki, dünyanın ən böyük qaz və neft təminatçılarından olan Rusiyanı təcrid etmək heç bir halda mümkün olmaycaq. Lakin o, hər iki layihənin birlikdə gerçəkləşdirilməsinin də qeyri-mümkün olduğunu deyib.

İraqın Kürdüstan vilayətindən də qaz nəqlinin layihəyə qoşulmasına dair mübahisələr mövcudur. Kürdüstanın regional hökumətinin beynəlxalq şirkətlərlə qaz sahələrinin inkişafı ilə Nabullonu qazla təmin etməsinə dair müqavilələri İraqın Xarici İşlər Naziriliyi tərəfindən tənqid edilir. İraq bu müqavilələri qeyri-qanuni adlandıraraq bildirir ki, Nabukkonu başqa sahələrdən qazla təmin etmək olar.

Nabukko ətrafında dolanan mübahisələr təkcə İraqla bağlı deyil. Tranzit ölkə kimi bu layihəyə qoşulacaq Türkiyə 15 faiz pay istəyir. Əks təqdirdə layihənin gerçəkləşməsinə yol verməyəcəyi ilə hədələyir. Layihənin digər potensial təminatçısı Türkmənistan may ayında Praqa sammiti zamanı layihəyə qoşulmaqdan imtina etmişdi.

Ekspertlər hesab edirlər ki, hər iki layihə qarşısında böyük maneələr durur, lakin Rusiyanın iddialarına baxmayaraq, Cənub Axınının gekicəyinə şübhə yoxdur. 3300 km-lik uzunluğu olacaq Nabukko qaz kəməri Xəzər qazını Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyaya çatdırmalıdır.

XS
SM
MD
LG