Accessibility links

Roksana Saberi Hillari Klintonla görüşüb


Dörd ay İranda həbsdə saxlanılan amerikalı journalist Roksana Saberi ABŞ dövlət katibi Hillari Klintonla görüşərək casusluq ittihamları ilə saxlanması zamanı göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Roksana Saberi bu gün Dövlət Departamentində jurnaslitlərə bildirib ki, İnsanların onun azadlığa çıxması üçün səy göstərdiyini bilmək ona güc və ümid hissi verib. Xanım Saberi jurnalistlərin suallarına cavab verməyib. Öz növbəsində ABŞ Dövlət Katibi Hillari Klinton məsələnin həll olunmasının onu rahatlatdığını bildirib. Qeyd edək ki, 32 yaşlı Saberi həbsdən çıxandan sonra yolüstü bir neçə gün Avstriya paytaxtı Vyanada qalmış, daha sonra isə keçən həftə Birləşmiş Ştatlara qayıtmışdı.
XS
SM
MD
LG