Accessibility links

Obama Senatı Ali Məhkəmənin hakimi yerinə irəli sürdüyü nominasiyanı təsdiq etməyə çağırır


ABŞ prezidenti Barak Obama Senatdan Ali Məhkəmənin hakimi yerinə nominasiya etdiyi Soniya Sotomayoru bu vəzifəyə tezliklə təsdiq etməyə çağırıb.Lakin rəqib Respublikaçılar partiyasının üzvləri ehtiyatla hərəkət edirlər.

Prezident Obama Puerto Riko mənşəli Sotomayeri gələn ay təqaüdə çıxan hakim Deyvid Souterin yerinə nominasiya edib.

Senatda respublikaçıların lideri Miç Makkonnel deyib ki, azlıqda olan partiya səsvermədən öncə Sotomayerin şəxsi görüşlərinin onun ədalətli qərarlar verməsinə təsir göstərməyəcəyinə əmin olmaq üçün onun əvvəlki fəaliyyətini təhlil edəcək.

Sotomayer hazırda ABŞ-ın şimal-şərq ştatlarının Apellasiya məhkəməsinin hakimi kimi çalışır.

Senat tərəfindən təsdiq edilsə, Sotomayer Ali Məhkəməyə indiyə qədər seçilmiş üç qadından biri və ilk ispan mənşəli hakim olacaq.


XS
SM
MD
LG