Accessibility links

Pakistanın Lahor şəhərində həyata keçirilən bomba partlayışı onlarla insanın ölümünə səbəb olub


Pakistanın Pəncab vilayətindəki Lahor şəhərinin mərkəzi küçələrindən birində bomba partlayışı nəticəsində azı 30 nəfərin öldüyü, 200-dən çoxunun yaralandığı xəbər verilir. Bomba partlayışı səhər tezdən Lahorun ticarət mərkəzininyerləşdiyi küçələrdən birindəki polis məntəqəsi yaxınlığında həyata keçirilib. Partlayışdan dərhal sonra başlayan yanğın isə bir binanın tamamilə sıradan çıxmasına səbəb olub. Pakistan televiziyası bir neçə polis işçisinin də həlak olduğu, polisin isə bir nəfər şübhəlini nəzarət alıtına aldığını bildirib. Məlumatlarda polis məntəqəsi yaxınlığında partladılan bombanın maşına yerləşdirildildiyi deyilir. Hadisə yerinə gedən təcili yardım dəstələrinin dağıntılar altında qalan insanları çıxardıqları qeyd olunub. Partlayış nəticəsində yaxınlıqdakı binaların şüşələrinin sındığı bildirilir.


XS
SM
MD
LG