Accessibility links

İraqda zorakılıqlar davam edir


Iraq polisinin bildirdyinə görə, bu gün Bağdadda və paytaxtın yaxınlığında baş verənhücumlar 7 nəfərin ölümünə, azı 20 nəfərin isə yaralanmasına səbəb olub. Hücumlar Bağdadın Fadiliyə məhəlləsində və paytaxtın qərbində yerləşən Əbu Greib dairəsində baş verib. Polisin digər məlumatında isə bildirilir ki, paytaxtın qərbində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 15 nəfər yaralanıb. Birləşmiş Ştatların İradakı ordusuyol kənarına yerləşdirilmiş bombanın partlamasının bir Amerika əsgərinin ölümünə səbəb olduğunu bildirib.

Bu arada isə Belçikanın xarici işlər naziri Keral De Qoçtun iki ölkə arasında münasibətlərlə bağlı danışıqlar aparmaq məqsədi ilə İraqda səfərdə olduğu xəbər verilir.


XS
SM
MD
LG