Accessibility links

Türkiyənin hərbi təyyarələri kürd üsyançılarının İraqın şimalındakı mövqelərini hədəf alıb


İraqın şimalında mina partlayışı nəticəsində 6 Türk əsgərinin həlak olması və 8-nin yaralanmasından sonra Türkiyənin hərbi təyyarələri bu gün kürd üsyançılarının İraqın şimalındakı Avasin-Baysan regionunudakı mövqelərini hədəf alıb.

Bundan əvvəl İraqın sərhədi yaxınlığındakı kürdlərin çoxluq təşkil etdiyi Həqqari vilayətinidə birhərbi maşının minaya dəydiyi bildirilmişdi. Rəsmilər minaların torpağa PKK üzvləri tərəfindən basdırıldığını deyirlər. Digər xəbərdə isə bildirilir ki, Türkiyənin ölkə boyu həyata keçirdiyi əməliyyatlar zamanı kürd üsyançıları olmaqda şübhəli bilinən 30 nəfər həbs edilib.
XS
SM
MD
LG