Accessibility links

OPEK neft hasilatını eyni səviyyədə saxlayır


Səudiyyə Ərəbistanının neft naziri Əli Nəimi deyib ki, OPEK ölkələri neft hasilatı səviyyəsini dəyişməmək haqda qərar veriblər. OPEK təşkilatının üzvləri neft qiymətləri və hasilatını müzakirə etmək üçün bu gün Vyanada iclas keçiriblər.

Səudiyyə Ərəbistanının neft naziri müxbirlərə deyib ki, 12 ölkənin neft naziri gündə 25 milyon barrel istehsal səviyyəsini saxlamaq haqda razılığa gəliblər.

OPEK nazirlərinin bu günkü qərarı belə görünür, iqtisadi tənəzzüldən çıxmağa başlayan dünya ölkələrində neftə tələbatın artacağı ilə bağlı mövcud nikbinliyə görə verilib.

ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanı kralı Abdulla gələn həftə Ər-Riyadda keçiriləcək görüş zamanı neft qiymətlərini müzakirə edəcəklər.

Xam neftin qiyməti isə son altı ayda ən yüksək səviyyəyə çataraq bir barrel üçün 63 dollar 82 sent təşkil edib.

XS
SM
MD
LG