Accessibility links

Fələstinlilər Obama-Abbas görüşündən məmnun qalıblar


Fələstinli rəsmilər prezident Obama və Fələstinlilərin prezidenti Mahmud Abbas arasında cümə axşamı Vaşinqtonda keçirilən görüşə dəstək bildiriblər.

Fələstinlilərin müzakirəçisi Saeb Erekat bildirib ki, Obama administrasiyası sülh prossesində inkişafa nail olmaq üçün düzgün addımlar atır. O, deyib ki, cənab Abbas görüş zamanı prezident Obamaya Yaxın Şərq sülh prosesinə dair yol xəritəsi və Ərəb sülh planı ilə bağlı fikirlərin əks etdirildiyi sənəd təqdim edib.

XS
SM
MD
LG