Accessibility links

Xam neft qiymətləri düşüb


ABŞ-da ehtiyatda saxlanan xam neftin həcminin gözlənilmədən azalmasından sonra bu gün Asiyada alqı-satqı zaman neft qiymətləri 65 dollardan aşağı enib. ABŞ-ın iyul ayında çatdırılacaq xam neftin qiyməti 35 sent düşərək bir barrel üçün 64 dollar 73 sent olub.

Dünən alqı-satqı zamanı müəyyən olmuş qiymət son altı ayda ən yüksək səviyyəyə çataraq, 65 dollar 8 sent təşkil etmişdi.

Londona Brent xam neftin qiyməti 39 sent düşərək bir barrel üçün 64 dollar səviyyəsində qalıb.

Xam neftin qiyməti ABŞ iqtisadiyyatının dərin tənəzzüldən çıxmağa başladığı ilə bağlı mövcud nikbinliyə görə artmışdı.

ABŞ-ın Energetika nazirliyinin dünən bildirdiyinə görə, ölkədə ehtiyatda saxlanılan xam neftin səviyyəsi keçən həftə 5.4 milyon azalıb. Bu isə bəzi təhlilçilərin azı 500 min barrel kimi göstərdiyindən çox olub enerjiyə olan təlbatın artdığına işarə kimi qiymətləndirilir.

XS
SM
MD
LG