Accessibility links

Fələstinin qrupları arasında toqquşma baş verib


İordan çayının qərbsahilində rəqib fələstin qrupları arasında baş verən toqquşmalarda6 nəfər həlak olub.

Toqquşma Fələstin polisinin İordan şayının qərb sahilinin Qalqiliya şəhərində Həmas yaraqlılarının sığınacağını aşkar etmək üçün həyata keçirdiyi reyd zamanı baş verib.Evdə gizlənmiş axtarışda olan Həmas üzvləri Fələstin polisini geri çəkilməyə məcbur etmək üçün onlara qumbara atıblar.

Atışmalarda Həmasın iki yaraqlısı və onu müdafiə edən bir mülki vətəndaş öldürülüb. Fələstinlilərin qərb tərəfindən dəstəklənən prezidenti Mahmud Abbasa sadiq 3 polis toqquşma nəticəsində həlak olub.

Bu, iki il öncə Həmasın cənab Abbasa sadiq Fətah qüvvələrini Qəzzadan çıxarması və Qəzza zolağının nəzarətini ələ almasından sonra rəqib tərəflər arasıda baş verən ən qanlı toqquşmadır.

Həmas İordan çayının qərb sahilində mötədil hökumətuin başçısı olan cənab Abbası İsraillə əməkdaşlıqda ittiham edir. Həmas televiziyası xəbər verib ki, Həmasın qaçaq üzvləri, onların ifadəsilə, sionizm tərəfdarı fələstin polisinə təslim olmaqdansa, şəhid olmağı üstün tutub.

Polisin sözçüsü Ədnan Dəmiri isə deyib ki, Həmas yaraqlıları ağır silahlarla silahlanmışdılar və olduqca təhlükəli idilər. Onun bildirdiyinə görə, evdən 150 kiloqramdan çoxpartlayıçı maddə və iki intiharçı bomba kəməri tapıb.

Fətah təşkilatınınrəsmisi Hüseyn Əl Şeyx deyib ki, Həmas yaraqlıları İordan çayının qərb sahilinin təhlükəsizliyivə sabitliyinə ciddi təhlükə törədirlər.O, İsrail radiosuna bildirib ki, Fələstin müxtariyyəti yaraqlılar və silahları dəstələrin küçələrdə idarəçilik etməsinə imkan verməyəcək.

Ötən həftə fələstinlilərin prezident Mahmud AbbasAğ Evdə prezident Obama ilə görüşüb və sülh prosesinə mane olan yaraqlıların qarşısını alacağına söz verib.

XS
SM
MD
LG