Accessibility links

İsrailin Qəzzadakı mümkün müharibə cinayətlərinə dair istintaq aparılır


BMT tərəfindən təyin edilən komanda İsrail-Fələstin münaqişəsi zamanı mümkün müharibə cinayətlərinə dair istintaq aparılması məqsədi ilə Qəzzadadır. Heyətə rəhbərlik edən sabiq beynəlxalq prokuror Riçard Qoldston şahidlərin ifadələrini dinləyəcək. Riçard Qoldston deyib ki, Qəzzadan Misirə keçməklə bir həftə ərzində baş verənlərə aydınlıq gətirməyə çalışacaq. BMT-nin İnsan Hüquqları Şurasının missiyası İsrail və ya Həmas tərəfindən insan hüquqları sahəsində yol verilən bütün pozuntuları araşdıracaq.

Israil 47 ölkə nümayəndələrindən təşkil edilən BMT-nin İnsan hüquqları Şurasının missiyasını rədd etmişdi. Israilin Qəzzaya qarşı 3 həftəlik əməliyyatları nəticəsində 900-ü mülki əhali olmaqla, 1300 fələstinli öldürülüb. Israil tərəfin verdiyi itki 13 nəfər olub. Israil isə ölənlərin sayının qat-qat az olduğunu iddia edərək, mülki vətəndaşların tələfatına görə Həması günahlandırır. İsrail-Fələstin münaqişəsi zamanı mümkün müharibə cinayətlərinə dair hesabat avqust ayının 4-də açıqlanmalıdır.

XS
SM
MD
LG