Accessibility links

Barak Obama avtomobil sənayesinə yardım məqsədi ilə təşəbbüsləri açıqlayıb


ABŞ prezidenti Barak Obama deyib ki, General Motors şirkətinin müflisləşməsi ağrılı olsa da, Amerika avtomobil sənayesinin rəmzi olan bu şirkətin dirçəlməsi üçün zəruri addımdır. General Motors kreditorlarından müdafiə olunmaq üçün hökumətin 100 il tarixi olan bu şirkətin yenidən qurulması üçün planının bir hissəsi kimi müflis olduğunu elan edib. Cənab Obama deyib ki, o, prosesin gedişində daha çox iş yerinin itiriləcəyini başa düşür, lakin belə bir addım gələcək nəsillərə xidmət edəcək yeni, daha da güclü bir şirkətin yaranmasına yardım edəcək. Dünyanın ən böyük avtomobil istehsal edən şirkəti olan General Motors daha 12 zavodunun bağlandığını elan edib. Hökumətdən 20 milyard dollarlıq yardım almasına baxmayaraq, General Motors avtomobil satışlarından böyük itkilərdən sonra özünə gələ bilməyib.

XS
SM
MD
LG