Accessibility links

PKK Türkiyə ilə atəşkəsi uzatdı


Türkiyədəki kürd yaraqlıları bu ölkə ilə birtərəfli atəşkəsi iyul ayına qədər uzatdıqlarını elan ediblər.

Firat xəbər agentliyi tərəfindən bu gün dərc olunan bəyanatda Kürd Fəhlə Partiyası PKK yaraqlıları bildiriblər ki, onlar hökumətə kürd problemini sülh yolu ilə həll etmək üçün iyulun 15-dək vaxt verəcəklər.

Ancaq üsyançıların partiyası hökumət qüvvələrinin hücumuna məruz qalacaqları təqdirdə özlərini müdafiə hüquqlarını saxladırlarını elan edib.

Kürd yaraqlıları Türkiyə ilə atəşkəsi aprelin 13-də elan etmişdilər və onun müddəti bu gün başa çatırdı.

Ankara üsyançı qrupun elan etdiyi atəşkəsi tanımır.

XS
SM
MD
LG