Accessibility links

Dövlət katibi Klinton Kubanın ABŞ-la danışıqları bərpa etmək qərarını alqışlayıb


ABŞ Dövlət katibi Hillari Klinton Kubanın Birləşmiş Ştatlarla mühacirət və birbaşa poçt xidməti ətrafında danışıqları bərpa etməyə razı olmasını alqışlayıb.

Klinton bu açıqlamanı Salvadorda yeni prezidentin unaqurasiyasında iştirak etmək üçün bu ölkəyə səfər zamanı verib. O, prezident Barak Obama administrasiyasının Kuba və qərb yarımkürəsinin digər ölkələrinə münasibətdə yeni yanaşma tərzinə sadiq qaldığını deyib. Klintonun sözlərinə görə, ABŞ Kuba hökumətinə fundamental insan hüquqlarını müdafiə etmək, siyasi məhbusları azad etmək və demokratik islahatlar istiqamətində addım atmaq çün təzyiq göstərməyə davam edəcək.

Bundan öncə ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi Kubanın sonuncu dəfə miqrasiya haqda 2003-cü ildə aparılmış danışıqlara dair ABŞ-ın təklifinə razı olduğunu demişdir. ABŞ rəsmisi deyib ki, iki ölkənin hökuməti narkotik maddələr alverinə qarşı birgə səylərə dair danışıqlar planlaşdırır.

Birləşmiş Ştatlar və Kuba insan alveri və narkotik maddələr qaçalmalçılığına dair ara-sıra informasiya mübadiləsi aparır.

XS
SM
MD
LG