Accessibility links

Pakistan ordusu Svat vadisindəki yaraqlıları sıxışdırmaqda davam edir


Dünən Pakistan ordusunun Taliban yaraqlılarının nəzarəti altında olan Svat vadisinin paytaxtı Minqoranı yaraqlılardan azad etdikləri xəbər verilir. Hökumət qüvvələri dünən Çarbaq şəhərinə doğru irəliləyiblər. Mülki vətəndaşların şəhəri tərk etməsinə şərait yaratmaq məqsədi ilə orada qadağan saatı ləğv edilib. Hərbçilər həmçinin mülki vətəndaşların Taliban yaraqlılarına qarşı həyata keçiriləcək hücumların yerləşdiyi əraziləri tərk etməsinə çağıran vərəqələr yayıblar.

Pakistanın müdafiə məsələləri üzrə katibi Seid Əthar Əli dünən Svat vadisində həyata keçirilən hərbi əməliyyatların bir neçə gündən sonra başa çatacağını bildirib. Pakistan prezidenti Asif Əli Zərdari bu gün döyüş bölgələrindən didərgin düşən insanlara 6 milyon dollar məbləğində təcili yardım ayrılması barədə göstəriş verib.

XS
SM
MD
LG