Accessibility links

Şimali Koreya liderinin özünə varis seçdiyi bildirilir


Cənubi Koreyanın kəşfiyyat rəsmiləri bildirir ki, Şimali Koreya lideri özünün kiçik oğlunu ölkənin növbəti lideri etməyə hazırlaşır. Rəsmilər Cənubi Koreya qanunvericilərinə bildiriblər ki, Şimali Koreya rəhbərliyi ölkənin aparıcı qurumlarına və diplomatik missiyalara Kim Conq Una sədaqət andı içmək haqda göstəriş verib. Cənubi Koreya mediası bu ilin əvvəlindən Kim Conq Unu atasına varis seçildiyini güman edirdi. Apreldə cənab Kimin oğlunun Milli Müdafiə Komitəsində aşağı ranqlı vəzifəyə təyin olunduğu xəbər verilmişdi. Yaşı 20-lərdə olan Kim Conq Un haqda çox məlumat yoxdur. İsveçrədə təhsil almış Kim Conq Unun keçmiş sinif yoldaşları onun basketbola həvəs göstərdiyini deyir.
XS
SM
MD
LG