Accessibility links

Üsamə Bin Ladenin səsi olduğu guman edilən yeni lent yazısı səsləndirilib


Bu gün Əl-Cəzirə televiziyası ilə Əl-Qaidə lideri Üsamə Bin Ladenə məxsus olduğu deyilən, prezident Barak Obamanın müsəlman ölkələrinə səfərini tənqid edən yeni audio yazısı səsləndirilib. Bu audio yazı prezident Barak Obamanın müsəlman dünyasına etdiyi səfərinin ilk dayanacağı olan Səudiyyə Ərəbistanına çatandan az sonra səsləndirilib. Audio yazıda Bin Laden cənab Obamanın sələfi Corc Buşun atdığı addımlarını davam edəcəyini və Birləşmiş Ştatların Müsəlman dünyasına qarşı onun sözləri ilə "yeni nifrət toxumları" səpəcəyini deyir. O, buna Birləşmiş Ştatların Svat vadisində Taliban yaraqlılarna qarşı keçirdiyi hərbi əməliyyatlara görə Pakistan hökumətini dəstəklədiyini misal gətirir. Audiodakı səsin həqiqətən də Üsamə Ben Ladenə məxsus olduğu təsdiq edilməyib.

XS
SM
MD
LG