Accessibility links

Ekspertlər ABŞ-ın İrana münasibəti ilə  bağlı fərqli fikirdədir


Barak Obamanın müsəlman dünyasına müraciətinin İranla bağlı hissəsinə də toxunan İlqar Məmmədov deyir ki, hələ Obama ilə Tehran arasında yaxınlaşmadan söhbət gedə bilməz. Ekspertin fikrincə ABŞ-İran münasibətlərində kəskinlik qalmaqdadır: “Barak Obamanın müsəlman dünyası ilə yaxın münasibətlərin bərpası, yeni dialoqun qurulmasının tərəfdarı kimi çıxış etməsi heç də o demək deyil ki, Birləşmiş Ştatlarla İran arasında gələcəkdə hər hansı bir hərbi qarşıdurma tamamilə istisna edilməlidir. Çünki əslində İranın nüvə proqramı ABŞ-la İslam dünyası arasında münasibətlərin korlanması məsələsindən tamamilə ayrı mövzudur ”.

Vəfa Quluzadə isə fərqli fikirdədir. Onun sözlərinə görə, iran bugünə qədər Amerikadan yalnız hədə qorxu görsə də, Barak Obama İranın sülhpərvər nüvə proqramına malik olmasına etiraz etmədi. Bunun müsbət mesaj olduğunu bildirən ekspert İranın cavabını belə şərh edir: “İran bunu olduqca müsbət qəbul edib, lakin Tehran deyir ki, yaxşı olardı ki, bu gözəl sözlərdən sonra işlər gəlsin, yaxşı işlə bu sözlər və vədlər təsdiq olunsun. İran burada tamamilə haqlıdır. Amerika gərək dünyada abu-havanı yaxşılaşdırmaq üçün İranla da əlaqələri yaxşı, realist məcraya yönəltsin.”
ABŞ-ın islam dünyasına qarşı əvvəlki siyasətini qəbuledilməz adlandıran ekspert bir milyardlıq kütləyə meydan oxumağın düzgün olmadığnı bildirir.
XS
SM
MD
LG