Accessibility links

Amerikalı jurnalistlər Şimali Koreyada məhkəməyə çıxarılır


Şimali Koreyada iki amerikalı jurnalist ölkəyə qeyri-qanuni daxil olmaq ittihamları ilə məhkəmə qarşısına çıxarıb. Məhkəmə jurnalistləri 10 illiyinə məcburi əmək düşərgəsinə göndərə bilər. Koreya Mərkəzi Xəbər Agentliyi bildirir ki, məhkəmə bu gün başlayıb. ABŞ “Current TV” telekanalı üçün çalışan Auna Li və Laura Linq Şimali Koreyanın Çinlə sərhədi yaxınlığında reportaj hazırlayan zaman nəzarət altına alınmışdılar. Onlar mayın 17-də Şimali Koreyadan Çinə pənah aparan qaçqınlar barədə araşdırma aparan zaman sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb.

XS
SM
MD
LG