Accessibility links

Prezident Obama ABŞ-ın İranla münasibətlərində etibarsızlığın aradan qaldırılmasına hazır olduğunu deyib


Prezident Obama deyib ki, ABŞ və müsəlmanlar arasında gərginliyin bir mənbəyi də nüvə silahları, xüsusilə də İranın atom silahları istehsal etməsilə bağlı beynəlxalq mübahisədir. O, soyuq müharibə dövrü Birləşmiş Ştatların demokratik yolla seçilmiş İran hökumətinin devrilməsində rolunu etiraf edib, lakin deyib ki, illərdir fikir ayrılıqlarına baxmayaraq, ABŞ İranla münasibətlərdə addım atmağa və etibarsızlığın aradan qaldırılmasına hazırdır. Cənab Obama deyib ki, İran da daxil olmaqla, hər bir ölkə əgər bu, nüvə silahlarının yayılmaması haqda müqavilənin şərtlərinə uyğundursa, nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna malikdirk. Bununla belə, o deyib ki, Yaxın Şərqdə region və dünyanı təhlükəli bir yola qoya biləcək nüvə silahı yarışının qarşısını almaq işinə sadiq qalır.

XS
SM
MD
LG