Accessibility links

Barak Obamanın Qahirə çıxışına reaksiyalar verilir


Barak Obamanın Qahirə çıxışına müxtəlif reaksiyalar verilir. İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi ABŞ prezidentinin nitqindən sonra deyib ki, sözlər əlaqələrin normallaşdırılmasına kifayət etməyəcək.

Tehranda İslam Cümhuriyyətinin banisi Ayətulla Ruhulla Xomeyninin vəfatının ildönümünü qeyd edən insanlar qarşısında Xameneyi bildirib ki, Amerikanın yeni administrasiyası ABŞ-ın "çirkin, ikrah doğuran və kobud" simasını ritorikalarla deyil, siyasətində yeni kurs tutmaqla dəyişməyə nail olar.

XS
SM
MD
LG