Accessibility links

Barak Obama Drezdendə  Angela Merkellə görüşüb


ABŞ prezidenti Barak Obama bildirib ki, Yaxın Şərq sülh razılığının əldə edilməsinə təzyiq göstərilməsi vaxtı indidir. Prezident bu il İsrail-Fələstin münaqişəsinin nizamlanmasında mühüm inkişaflara nail oluna biləcəyini deyib.

Bu gün Almaniya kansleri Angela Merkellə Drezden danışıqlarından sonra ABŞ dövlət başçısı deyib ki, Vaşiqnton İsraillə Fəslətini sülhə məcbur edə bilməz, lakin prosesə start verilməsi üçün aradakı anlaşılmazlıqların həllinə yardım edə bilər. Barak Obama və Angela Merkel İsraillə yanaşı yaşayacaq sabit Fələstin dövlətinin yaradılması səylərinə dəstək verəcəklərini bəyan ediblər.

Kansler Merkel prezident Obamanın Qahirə çıxışını alqışlayaraq, bunu ərəb dünyasına qapı adlandırıb. Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı, iqlim dəyişikliyi ilə mübarizə və qlobal iqtisadi artıma nail olunması sahəsində əməkdaşlıq ediləcəyinə vəd verib.

XS
SM
MD
LG