Accessibility links

İran sanksiyalara baxmayaraq uran zənginləşdirilməsini davam etdirir


BMT-nin Atom Enerji Agentliyibildirir ki, İran uranın zənginləşdirilməsini buproqramın dayandırması üçün tətbiq edilən beynəlxalq sanksiyalara rəğmən davam etdirir.

Agentliyin hesabatında bildirilir ki, hal-hazırda İranın Natanz nüvə yanacağı zavodunda yeddi mindən artıq santrifuga var.Apreldə İran nüvə proqramının rəhbəri də buna oxşar açıqlama vermişdi. Nüvə agentliyinin direktorlar şurası üçün hazırlanan hesabatda qeyd olunur ki, nüvə müfəttişləri nəzarət proqramlarını genişləndirməlidirlər.

ABŞ və başqa qərb ölkələri hesab edir ki, İran nüvə silahı istehsalı üçün çalışır.Tehran isə nüvə proqramının dinc məqsədlər üçün olduğunu deyir.

Atom Enerji AgentliyininSuriyaya aid hesabatında isə deyilir ki, agentliyin nümayəndələri Dəməşq yaxınlığındakı nüvə reaktorunda uran istehsalının izlərini tapıblar. Agentlik Suriyadan bu məsələyə açıqlıq gətirilməsini istəyir.

XS
SM
MD
LG