Accessibility links

Britaniya hökumətinin tərkibində ciddi dəyişikliklər aparılır


Britaniya baş naziri Qordon Braun məyusedici seçki nəticələrinin və 6 nazirin istefasının ardınca kabinetdə dəyişikliklər aparır. Müdafiə naziri Con Hatton Cümə günü vəzifəsini tərk etdiyini elan edib. Əmək və Pensiyalar naziri Ceyms Purnell də dünən istefa verərək cənab Braunu eyni addımı atmağa çağırıb. Baş nazirin Əmək Partiyası parlament üzlərinin xərcləri ilə bağlı skandalla üzləşir. Bu dəyişikliklər Əmək Partiyası namizədlərinin yerli seçkilərdə Liberal Demokratlara və Mühafizəkarlara məğlub olduğunu göstərən nəticələrdən sonra baş verir. Cənab Braunun partiyası Avropa parlament seçkilərində üçüncü yeri tutacağı gözlənilir. Avropa parlamentinin 736 yeri üçün 375 milyon seçici səs verir.
XS
SM
MD
LG