Accessibility links

Dağıstanın daxili işlər naziri öldürüldü


Rəsmilərin dediyinə görə, Rusiyanın cənubundakı Dağıstan Respublikasının daxili işlər naziri hücum nəticəsində öldürülüb.

Rusiya xəbər agentlikləri Adilgəray Məhəmmədtahirovun bu gün snayperdən açılan atəş nəticəsində öldürüldüyünü bildirir.

Sui-qəsd nəticəsində azı 2 adamın da yaralandığı bildirilir.

Çeçenistanla sərhəd Dağıstanda mütədami olaraq təhlükəsizlik qüvvələri ilə yerli müsəlmanlar arasında toqquşmalar baş verir.

XS
SM
MD
LG