Accessibility links

Barak Obama Mahmud Əhmədinejadın Nasist erasının ölüm düşərgələrini ziyarət etməsini təklif edib


ABŞ prezidenti Barak Obama Iranın dövlət başçısı Mahmud Əhmədinejadın Nasist erasının ölüm düşərgələrini ziyarət etməsini təklif edib. Buxenvalda yola düşməzdən əvvəl Barak Obama NBC xəbər şirkətinə bildirib ki, tarixi danan insanlara səbri yoxdur və Holokast tarixi şayiələrə əsaslanmır.

Mahmud Əhmədinejad dəfələrlə İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyası tərəfindən 6 milyon yəhudinin öldürüldüyünə şübhə etdiyini deyib. Bu həftənin əvvəllərində İran prezidenti Holokastı onun sözləri ilə "böyük yalan" adlandırıb.

Prezident Obama Qahirə çıxışı zamanı da Holokast faktının inkar edilməsini "nadanlıq və nifrət"dən doğduğunu deyib.

XS
SM
MD
LG