Accessibility links

ABŞ və Fransa prezidentləri bir sıra məsələlərin həllində əməkdaşlıq ediləcəyinə vəd veriblər


ABŞ və Fransa prezidentləri Barak Obama və Nikola Sarkozi Yaxın Şərqin sülh prosesi üçün iki dövlət variantı və İranı nüvə silahlarından çıkindirmək səylərinin gücləndirilməsi barədə razılıq əldə edib. Liderlər İkinci Dünya Müharibəsi zamanı müttəfiq qüvvələrin Normandiyaya enməsinin 65-ci ildönümü ərəfəsində görüşüb.

Prezident Sarkozi İran prezidenti Mahmud Əhmədinejadın İsrailin xəritədən silinməsi təklifini ağılsızlıq adlandırıb. Fransanın dövlət başçısı Barak Obamnın İsrailin İordan çayının qərb sahilində inşaat işlərinin dayandırılması çağırışlarına dəstək verib.

ABŞ prezidenti Obama deyib ki, tərəflər hazıkı vəziyyətdən çıxış yolu tapmalıdır. Prezident Obama bildirib ki, fələstinlilər zorakılıqları qınamalı və müzakirələr zamanı verdiyi vədlərə əməl etməsinə qadir olduğunu nümayiş etdirməlidir. Barak Obama və Nikola Sarkozi iqtisadiyyat da daxil edilməklə, bir sıra məsələlərin həllində əməkdaşlıq ediləcəyinə vəd veriblər.

XS
SM
MD
LG