Accessibility links

Peruda 38 polis işçisi girov götürülüb


Dünən Peruda nümayişçilərlə polis arasındakı qarşıdurmadan sonra 38 polis işçisinin girov götürüldüyü bildirilir. Amazondakı enerji sahələrinin istismarına qarşı etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində 30 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb. Zorakılıqlara Perunun şimal Kurva Del Diablo adlı bölgəsi səhnə olub.

Yerli sakinlər polisin vertolyotlarla nümayşçiləri atəşə tutduğunu desə də, səlahiyyətli nümayəndələr onların yolları bağlamasına mane olmağa cəhd edən polis işçilərinin hücuma məruz qaldığını deyir.

Aprel ayından bəri yerli sakinlər hökumətin xarici şirkətlərlə həmin ərazilərin istismarına dair razılıq əldə etməsindən sonra yolları bağlayıb. Nümayişlər səbəbi ilə bu bölgədəki neft istehsalı da dayandırılıb.

XS
SM
MD
LG