Accessibility links

Latviyada yerli qanunverici orqana və Avroparlamentə seçkilər keçirilir


Latviyada bu gün yerli qanunverici orqana və Avropa parlamentinə seçkilər keçirilir.

Bu seçkilər Avropada ən ağır tənəzzüllə üzləşən bu ölkədə hökumət üçün sınaq mahiyyəti daşıyır.

İctimai rəy sorğuları ölkədə iqtisadi tənəzzülün fonunda büdcə kəsirinə görə hakimiyyətdə olan 5 partiyadan ibarət koalisiyanın cəzalandırılacağını ortaya çıxarıb.

Baş nazir Valdis Dombrovskisin partiyasının parlamentdə yerlərini qoruyub saxlayacağı proqnozlaşdırlır, ancaq əsas koalisiya üzvlərindən Xalq partiyası da daxil olmaqla, digər partiyaların Riqada öz dəstəyini itirəcəyi gözlənilir.

XS
SM
MD
LG