Accessibility links

"Air France"-a məxsus təyyarənin axtarışları davam edir


Xilasetmə dəstələri Atlantik Okean üzərində qəzaya uğramış “Air France”-a məxsus sərnişin təyyarəsinin qalıqlarını və və iki nəfərin cəsədini tapandan sonra bu gün də axtarışlarını davam etdirir. Fransız təhqiqatçılar deyir ki, laynerin qəza səbəblərini söyləmək hələ çox tezdir. Qeyd edək ki, təyyarə 6 gün öncə qasırğalı hava şəraitində qəzaya uğramışdı. Bununla yanaşı, müstəntiqlər hesab edir ki, laynerin hava-sürət göstəricisində problemlər yaşanıb. Əgər təyyarənin sürət sensoru işləmirsə, bu, onun həddən artıq sürətlə və ya asta getməsinə səbəb ola bilər. Anormal sürət isə qəza ilə nəticələnir. Braziliya rəsmiləri deyir ki, axtarış komandası dünən iki nəfərin cəsədini tapıb. Xatırladaq ki, təyyarədə 228 nəfər olub. Axtarışlar nəticəsində habelə 447 saylı reysli təyyarənin oturacaq nömrələrinə uyğun gələn bir mavi oturacaq tapılıb. Kreslonun arxasında isə “Air France”-a məxsus bilet olub.

XS
SM
MD
LG