Accessibility links

Avropada sağçılar solçuları və liberalları üstələdilər


Avropa Parlamentində keçirilən dörd günlük seçkilərin nəticələri Britaniyada onsuz da daxili problemlərlə üzləşmiş baş nazir Qordon Braunun Leyboristlər partiyasını növbəti uğursuzluğa düçar edib.

Cənab Braun bu axşam partiyasının parlamentdəki üzvləri ilə görüşməyi planlaşdırırdı.

Ümumilikdə, sağ-mərkəzçi qüvvələrin Fransa, Almaniya, İtaliya və Polşada 736 yerlə açıq-aydın qələbəsi onların Avropa Parlamentində ən iri blok qismində mövqeyini bərqərar edib.

Avroparlamentinin Sosialist qrupunun prezidenti Martin Şulz kimi solçu qanunvericilər deyirlər ki, onlar nəticələrdən bərk məyus olublar.

Cənab Şulz deyir ki, seçkilərin nəticələri Avropada sosalistlər üçün kədərli dönəmin əlamətidir.
Ancaq o əlavə edir ki, sosial dəyərlər, bazarın daha çox tənzimləməsi və iqlim dəyişikliyi ilə mübarizə kimi solçuları qayğılandıran mövzular həmişəki aktuallığını saxlayır.

Bir sıra analitiklərə görə, əslində seçicilər solçuları məhz qlobal maliyyə və iqtisadi böhrandan vaxtında duyuq düşərək, səmərəli tədbir görmədiklərinə görə, cəzalandırmaq istəyiblər.

Britaniya kimi ölkələrdə artıq nüfuzdan düşmüş hakim partiyanın uğursuzluğunun səbəblərindən biri isə daxili skandallar idi.

Digər tərəfdən, İtaliya, Britaniya və Hollandiya kimi bəzi ölkələrdə ifrat sağçı partiyalar, o cümlədən Fransanın Yaşıllar partiyası seçicilərin dəstəyini özlərinin anti-mühacirət və avro-skeptik platformalarına görə qazana biliblər.

Ancaq seçkilərin keçirildiyi 4 gün ərzində avropalıların yalnız 43 faizi özlərinin səsvermə hüququndan istifadə edib. Bu, Avropa parlamentinə seçkilərdə indiyə qədər görünməmiş passivlikdir.

Fransalı avroparlamentar Fransiz Vurtz deyir ki, seçicilərin belə çəkingənliyi Avropa birliyinə etimadın azalmasının nümayişidir.

Sorğular isə göstərir ki, avropalıların çoxunda hələ də Birliyə və inam qalır və onlar avroparlament üzvlərinin onların gündəlik promlemlərinin həllində roluna arxalanırlar.

Amerikanın Səsinin müxbiri Liza Brayant isə Parisdən yazır ki, məhz iqtisadi böhranın 27 Avropa ölkələsinə vurduğu fəsadları ücbatından bir çox avropalılarda ümumiyyətlə bu seçkilərə maraq yox idi.

Buna görə də, həmən ölkələrdə mühavizəkar qüvvələrin nisbətən qələbə qazanacağı əvvəldən təxmin edilirdi.

Paris yaxınlığındakı Le Perreux vilayətinin sakini Luzille Svay və onun həyat yoldaşı Çan Fal kimilər deyirlər ki, onlar Avropa Parlamentindəki nümayəndələrinə səs verməyiblər.

Svay deyir ki, Avropa Birliyi ideyasının tərəfdarıdır, çünki ayrılıqda Avropa ölkələri qlobal problemlərin qarşını almaqda səs sahibi olmaq üçün olduqca kiçikdirlər.

Ancaq onun fikrincə, siyasətçilər vədlərini yerinə yetirməkdə acizdirlər, belə ki, birlik səviyyəsində hər hansı məsələ üzərində anlaşma əldə etmək çətindir.

Seçkilərin nəticəsi göstərir ki, Svay kimilər tək deyilmiş.

XS
SM
MD
LG