Accessibility links

Seçkilər Avropada sağçıları önə çıxartdı


Avropa Parlamentinə keçirilən dördgünlük seçkilərin nəticəsində Britaniyada mühacirətə qarşı çıxan sağ-mərkəzçi Millətçi Partiyası ilk dəfə olaraq, avroparlamentdə yer qazanıb.

Seçkilərin ilkin nəticələri Almaniya, Fransa, İtaliya, Polşa və İspaniya da daxil olmaqla, Avropanın inkişaf etmiş iqtisadi sistemə malik ölkələrində mühafizəkarın sol təmayüllü partiyalara üstün gələrək, daha çox səs toplamağa müvəffəq olduğunu aşkara çıxarıb.

Britaniyanın istefaya çağırılan baş naziri Qordon Braunun Əmək partiyası seçkilərdə üçüncü yeri tutaraq, nöbəti uğursuzluğa düçar olub.

Almaniyada isə kansler Angela Merkelin Xristian Demokratlar partiyası 31 faiz səslə zəif qələbə əldə edib.

Buna baxmayaraq, xanım Merkel sentyabrda ölkəsində keçiriləcək seçkilərdə yaxşı mövqedədir və o, ikinci müddətə seçiləcəyinə ümid edir.

XS
SM
MD
LG