Accessibility links

Donetskdəki kömür mədənində qəza zamanı 26 şaxtaçı itkin düşüb


Ukrayna rəsmilərinin dediyinə görə, ölkənin şərqində bir kömür mədənində baş vermiş qəzadan sonra 26 şaxtaçı itkin düşub.

İşçilərin texniki təhlükəsizliyi üzrə hökumət agentliyinin sözçüsü deyib ki, Donetsk şəhərindəki şaxtaya qaz dolması zamanı, 53 mədənçi yerin altında olub.

Onun sözlərinə görə, işçilərdən 27-si şaxtadan çıxaraq, xilas ola bilib.

Ukraynanın Sovet vaxtından qalma texnikayla işlədilən kömür mədənçilik sektoru son illərdə mütəmadi olaraq, faciələrlə üzləşir.

XS
SM
MD
LG