Accessibility links

Bağdadın şiə məhəlləsində bomba hücumu həyata keçirilib


İraq rəsmilərinin bildirdiyinə görə Bağdadda həyata keçirilən bomba hücumu azı 7 nəfərin ölümünə, 24 nəfərin yaralanmasına səbəb olub. Polis bombanın bu gün səhər, sünnilərin çoxluq təşkil etdiyi Dora məhəlləsində, şiələrin yaşadığı Əbu Deşerdə mini avtobusa yerləşdirildiyini deyib. Hücumun məsuliyyətini hələlik öz üzərinə götürən olmayıb.

İraqda bomba hücumlarının vaxtaşırı həyata keçirilməsinə baxmayaraq, son aylar ölkədə zorakılıqların azaldığı bildirilir.

XS
SM
MD
LG