Accessibility links

Pakistanda kənd sakinləri 14 yaraqlını öldürüblər


Pakistanın şimal-qərb bölgəsinin rəsmiləri bildirirlər ki, cümə günü intiharçının məscidə etdiyi hücumun intiqamını almaq üçün Yuxarı Dir mahalının 1000-dən çox kənd sakini Taliban yaraqlılarına hücum edir. Yerli rəsmilərin sözlərinə görə, Ləşgər silahlı dəstəsinə qoşulan qoşularaq 1200 sakin 14 yaraqlını öldürüb və Taliban yaraqlıların 20 evini yandırıb. Rəsmilər həmçinin bildirirlər ki, silahlılar taliban yaraqlılarını 3 kənddən çıxarıb və yaraqlıların istehkamı olan iki kəndi də mühasirəyə alıblar. Svat vadisi yaxınlığında olan Yuxarı Dir mahalında bir aydan çoxdur ki, Pakistanın hərbi qüvvələrilə Taliban yaraqlıları arasında toqquşmalar gedir.
XS
SM
MD
LG