Accessibility links

Mixail Saakaşvilinin istefası tələbləri ilə Tbilisidə yürüş keçirilib


Gürcüstan prezident Mixail Saakaşvilinin istrefasını tələb edən1000-dən çox müxalifət tərəfdarı paytaxt Tbilisidə yürüş keçirib. Müxalifət liderləri repressiyalara son qoyulması və siyasi dustaqların azad edilməsi tələbləri ilə şəhərin mərkəzində yerləşən Daxili İşlər Nazirliyinin insan zənciri quraraq, mühasirəyə alınacağını planlaşdırdıqlarını deyirlər. Aksiya iştirakçıları eləcə də daxili işlər naziri Vano Merabişvilinin istefasını tələb edirlər.

Bu arada Gürcüstanın xəbər agentlikləri prezident Mixail Saakaşvilinin bu gün axşam müxalifət lideri Levan Qaçeçiladze ilə görüşəcəyini xəbər verirlər.

XS
SM
MD
LG