Accessibility links

Özbəkistan Barak Obamanın müraciəti ilə bağlı bəyanat yayıb


Özbəkistan ABŞ prezidenti Barak Obamanın bu yaxınlarda müsəlmanlara müraciətində İslam dünyası ilə münasibətlərin yeni erasına başlamaq barədə çağırışını razılıqla qarşılayıb.

Özbəkistanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bildirib ki, Obamanın çıxışı İslam dünyası ilə etimadsızlığı ortadan qaldırmağa yönəlib.

Nazirlik hesab edir ki, bu çıxış Obama iqtidarının xarici siyasətinin reallıq və praqmatizmə əsaslandığının təsdiqidir.

Nazirliyin bəyanatı bu gün Özbəkistanın rəsmi Cahon xəbər agentliyi tərənidən yayımlanıb.

Əhalisinin əskəriyyətinin müsəlman olduğu Özbəkistan 2005-ci ildən ABŞ-la gərgin münasibətlərə malik idi.

Özbək hakimiyyəti Qərbin Əndicanda hökumət əleyhinə etirazların zorla yatırılmasına etirazından sonra, Əfqanıstandakı Amerika qüvvələrinə xidmət edən ABŞ bazasını bağlayıb.

XS
SM
MD
LG