Accessibility links

Rusiya Şimali Koreyanın yeni sınaq keçirəcəyini deyir


Deylənlərə görə Rusiyada Şimali Koreyanın ballistik raket sınağı həyata keçirəcəyi haqda məlumat var,lakin sınağın nə vaxt baş verəcəyi bilinmir. Rusiya hərbi mənbələri İnterfaks Xəbər Agentliyinə bildiriblər ki, onlarda raketin növü və xarakteristikası haqda informasiya var, lakin onun uzaq və ya yaxın mənzilli olduğu məlum deyil. Mənbə əlavə edib ki, Rusiya sınaqla bağlı monitorinqi davam etdirəcək. Şimali Koreyanın son həftələrdə keçirdiyi raket sınaqları beynəlxalq qınaqlara tuş gəlib. Çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının üzvləri Yaponiya və Cənubi Koreya nümayəndələri ilə görüşərək Pxenyanın son nüvə sınağına müvafiq cavabı müzakirə ediblər.
XS
SM
MD
LG