Accessibility links

Mahmud Əhmədinejad rəqiblərini tənqid edib


İran prezidenti Mahmud Əhmədinejad seçki kampaniyası zamanı rəqiblərini nasist Almaniyasının lideri Adolf Hitlerin işlətdiyi taktiki üsullara əl atmaqda günahlandırıb.

O bu gün Tehranda kampaniya çərçivəsində sonuncu yürüş zamanı deyib ki, onun rəqibləri iqtisadiyyatı yoxsul bir ölkənin iqtisadiyyatı kimi təsvir edirək yalan söyləyir. Onun sözlərinə görə, kampaniya zamanı yalan söyləmək Hitlerin üsullarını xatırladır.

Aparıcı islahatçı namizəd Mir Hüseyn Musəvi cənab Əhəmədinejadı nasist Holokostu uydurma adlandırdığına görə tənqid edərək belə şərhlərin İranın təcridinə gətirib çıxardığını deyib.

XS
SM
MD
LG