Rusiyanın İranda nüvə elektrik stansiyası tikən dövlət şirkəti maliyyə səbəbindən işlərin ləngidiyini bildirib.
Atomstroyeksport-un başçısı Dan Belenki bu gün Rusiya xəbər agentliklərinə deyib ki, Buşəhr layihəsi problemlərlə üzləşib, belə ki, Rusiya bankları İranla işləməkdən boyun qaçırırlar.
O deyib ki, hazırda şirkət zavod üçün digər maliyyə resurları axtarır.
İran rəsmiləri daha əvvəlki bəyanatlarında Buşəhr zavodunun bu ilin sonunda işə başlayacağını bildirirdilər.