Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı Çenevrədə təcili yığıncaq keçirir


Ümumdünya Səhiyyə Təşkilatı Çenevrədə təcili yığıncaq keçirərək, son 40 ildə ilk influenza pandemiki vəziyyətinin elan edilməsi məsələsini müzakirə edir. Belə ki, N1H1 donuz qripi virusuna yoluxma halları durmdan artır.

Hong Kongda 12 uğaqda virus aşkar edilidkən sonra bütün uşaq bağçaları və ibtidai məktəblərin iki həftəlik müddətə bağlanmasına dair göstəriş verilib. Vurusun mənbəyini müəyyən etmək mümkün olmayıb.

Almaniyanın Duzeldorf şəhərinin yapon məktəbində donuz qripinə 26 adamın yoluxduğu təsdiq edilib. Statistik göstəricilərə görə, dünya boyu 28000 insan virusa yoluxub, 74 ölkədə 141 adam xəstəlik səbəbi ilə dünyasını dəyişib.

XS
SM
MD
LG