Accessibility links

İran seçkilərində aparıcı namizədlərin siyasi portreti


Sabah İranda prezidenti seçkiləridir. Hazırkı prezident Mahmud Əhmədinejadın ən güclü rəqibi keçmiş baş nazir Mir Hüseyn Musəvidir. Hər iki namizədin on minlərlə tərəfdarı seçki öncəsi nümayişlər keçirir. İndi təqdim edəcəyimiz reportajda İran prezident seçkilərində əsas namizədlər Mahmud Əhmədinejad və Mir Hüseyn Musəvinin siyasi portretlərinə nəzərə salınır.

2005-ci ildə prezident seçilməzdən öncə Tehranın meri olan Mahmud Əhmədinejad dünya səhnəsində tanınmırdı. Ölkə daxilində öz hakimiyyətini gücləndirən Mahmud Əhmədinejad dünya miqyasında diqqəti özünə İranın nüvə texnologiyaları inkişaf etdirmək hüququ olduğunu deməklə çəkdi.

Onun nasist Holokast faciəsini qəbul etməməsi və İsraili xəritədən silmək çağırışları dünyada böyük təəccüblə qarşılanmışdı: "Cənab Əhmədinejadın hərəkətləri beynəlxalq ictimiayyətin tənqidlərinə səbəb olsa da, o bu tənqidləri rədd edir".

Bu il seçki kampaniyası zamanı o, rəqiblərindən daha az vəd verməklə kifayətlənir. Prezident iqtisadiyyatı yaxşı idarə edə bilmədiyinə görə tənqid olunur. Siyasi dəstəyə gəldikdə isə cənab Əhmədinejadı 4 il bundan əvvəl hakimiyyətə gətirmiş mühafizəkarlar hələ ona öz dəstəyini verməyib.

Prezident Əhmədinejadın əsas rəqibi olan keçmiş baş nazir Mir Hüsyen Musəvi öz seçki kampaniyasını İran prezidentinin tənqidi üzərində qurub. O deyir ki, İran hökuməti ölkənin üçdə ikisini təşkil edən gənclərlə hörmət əsasında davranmalıdır. O habelə rejimin dini polis tərəfindən ciddi islami əxlaqi kodeksin icrasını tələb etməsinə son qoymaq istəyir.

Cənab Musəvinin həyat yoldaşı Zəhra Rahnavərd İranda ilk olaraq seçki kampaniyasında əsas rol oynayıb. O, qadın hüquqları məsələsinə diqqət yetirir. Bəziləri onu İranın Mişel Obaması adlandırırlar.

1979-cu ildə İranda islam inqilabından sonra İslam Respsublikası partiyası yarandı. Cənab Musəvi əvvəl partiya qəzetinin rektoru olmuş, sonra is xarici işlər naziri təyin edilmişdir. 1981-ci ildə o, baş nazir olmuşdur. Ayatüllah Əli Xamenei ölkənin ali dini rəhbəri oldu. Əli Əkbər Haşimi Rəfsəncani hakimiyyətə gəldiyi vaxt isə prezident və baş nazir vəzifələri birləşdirildi. Cənab Musəvi o zaman siyasəti tərk etdi.

Təxminən iyirmi il siyasətdən uzaqlaşan Mir Hüsyen Musəvi indi prezident Mahmud Əhmədinejadın ən güclü rəqibidir.

Qeyd edək ki, İranda prezident seçkiləri iyun ayının 12-də keçiriləcək. Seçkilərdə 4 namizəd mübarizə aparır və onlar ölkə boyu dəstək əldə edilməsi səylərini davam etdirir. Hazırkı prezident Mahmud Əhmədinejad İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi tərəfindən dəstəklənir. Digər namizədlər keçmiş baş nazir, islahatçı MirHüseyn Musəvi, İran parlamentinin sabiq spikeri Mehdi Kərrubi və İslam İnqilabı Keşikçilərinə rəhbərlik edən Möhsün Rezayidir.
XS
SM
MD
LG