Accessibility links

BMT Şimali Koreyaya qarşı sanksiyaların müddətinin artırılmasına dair qətnamə layihəsi qəbul edib



BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın son yeraltı nüvə və raket sınağına qarşı sanksiyaların müddətinin artırılmasına dair qətnamə layihəsi qəbul edib. Sənəddə Şimali Koreyanın BMT-nin bundan əvvəlki qətnamələrinin şərtlərini pozmaqda günahlandırılması ilə yanaşı, o ölkənin bütün daşınan yüklərinin yoxlanışı, silah embarqosu və maliyyə sanksiyalarını nəzərdə tutulur.

Bu ölçü BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü-Britaniya, Çin, Fransa, Rusiya və ABŞ, habelə Yaponiya və Cənubi Koreya nümayəndələrinin həftələrlə davam edən müzakirələrinin nəticəsidir. Qətnamə layihəsi Təhlükəsizlik Şurasının digər 9 üzvü tərəfindən tanışlıq üçün hökumətlərinə təqdim edilib.

XS
SM
MD
LG