Accessibility links

Holokast muzeyinin mühafizəcisini öldürən şəxs ağır vəziyyətdə xəstəxanadadır


Vaşinqtonun Holokast muzeyinin mühafizəcisini atəş açaraq öldürən şəxs ağır vəziyyətdə xəstəxanadadır. 88 yaşlı Ceyms Von Brunn çərşənbə axşamı günorta muzeyə daxil olaraq, üzərində gizlətdiyi tüfənglə mühafizi hədəf alıb. 39 yaşlı Stefen Cons çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Atışma zamanı muzeydə 2000 adam olub.

Muzeyin digər təhlükəsizlik işçisinin açdığı atəş nəticəsində yaralanan Ceyms Von Brunnun veb səhifəsində anti-semitizm və qaradərililərə qarşı ayrı-seçkilik yazıları aşkar edilib. Burada İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası tərəfindən yəhudilərin kütləvi şəkildə məhv edilmədiyinə dair yazılar da var.

1981-ci ildə ABŞ-ın Mərkəzi Bankının üzvlərinin girov götürülməsi cəhdinə görə o,6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG