Accessibility links

Mirhüseyn Musəvi İranın növbəti prezidenti ola bilərmi?


Ankarada yerləşən TURKSAM Strateji Araşdırmalar mərkəzinin İran üzrə eksperti Arif Kəskin hesab edir ki, sabah bu ölkədə keçiriləcək seçkilərdə prezident kürsüsünə ən şanslı namizəd azərbaycanlı Mirhüseyn Musəvidir.

Ancaq ekspert əlavə edir ki, əgər seçkidə iştirak aşağı səviyyədə olsa, hazırkı prezident Əhmədinejad qələbəsini təmin edə bilər.

Amerikanın Səsinin türk xidmətinə müsahibəsində Arif Kəskin bildirib ki, indi İranda etnik millətçilik amili olduqca vacib faktora çevrilib və bu fonda türk millətçiliyi üstünlük təşkil etməkdədir.

Ekspert diqqəti ona yönəldib ki, Əhmədinejad əsasən mühafizəkar kursunu davam etdirmək niyyətindədir, Musəvi isə daxili və xarici siyasətdə yumşalmanı vəd edir.

“Bununla yanaşı, İranda hər şeyi prezident həll etmir, iqtidara islahatçılar gəlsələr belə, böyük dəyişiklik gözlənilmir” – deyə Kəskin vurğulayıb.

XS
SM
MD
LG