Accessibility links

Gürcüstan qanunvericiləri etiraz aksiyalarından bəri parlament binasında ilk dəfə yığıncaq keçirib


Gürcüstan qanunvericiləri aprel ayının 9-dan davam edən kütləvi etiraz aksiyalarından sonra ilk dəfə parlament binasında yığıncaq keçirib. Bundan əvvəlki sessiyalar nümayişçilərlə qarşıdurmalara yol verilməməsi üçün parlamentdə təşkil edilmirdi. Bu gün bəzi nümayişçilər parlament spikeri Davit Bakradzenin maşınına yumurta və daş atıb.

Bu arada parlamentin sabiq spikeri Nino Burcanadze nümayişçilərə qoşularaq, səlahiyyətli nümayəndələri müxalifət fəallarının təqib olunmasına görə tənqid edib. Müxalifət prezident Mixail Saakaşvilinin istefasını tələb edir.

XS
SM
MD
LG