Accessibility links

Afrikalı məhbus Quantanamodan buraxıldı


Yeniyetmə yaşlarından ABŞ-ın Quantanamodakı hərbi məhbəsində saxlanılan Afrikalı məhbus azad olunaraq öz ölkəsinə göndərilib. ABŞ Ədliyyə Departamenti cümə axşamı açıqladığı bəyanatda Məhəmməd Əl Qaraninin köçürüldüyünü xəbər verib. Yanvar ayında hakim hökumətin onun terror əməllərində iştirakını sübut edə bilməməsini əsas gətirərək Qaraninin azad edilməsi haqda qərar çıxarmışdı. Hakimin sözləriə görə Qaraninin Əl Qaida üzvü olması haqda iddialar dürüstlüyü şübhə altında olan 2 Quantanamo məhbusunun ifadələrinə əsaslanırdı. Qarani yeddi il saxlanma mərkəzində qalıb.
XS
SM
MD
LG