Accessibility links

H1N1 donuz qripinə qarşı peyvənd istehsal edilib


İsveçrənin Novartis farmokologiya şirkəti gözlənildiyindən bir neçə həftə əvvəl H1N1 donuz qripinə qarşı peyvənd istehsal edib. Şirkətin bu gün açıqladığı bəyanatında bildirilir ki, vaksinin tez istehalına hüceyrələrə əsaslanan tədqiqat yardım edib. Vaksinlərin kliniki sınaqlarına iyul ayında başlanacaq. 30-dan artıq hökumət Novartisə peyvəndlərin təminatı üçün müraciət edib. Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə görə, dünya boyu 30000 insan virusa yoluxub, 74 ölkədə 141 adam xəstəlik səbəbi ilə dünyasını dəyişib.
XS
SM
MD
LG