Accessibility links

ABŞ nümayəndəsi Livanda açıqlama verib


ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçelin sözlərinə görə, regionda sülh razılaşmasının Livan bahasına başa gəlməsinə yol verilməyəcək. Mitçel bu gün Beyrutda deyib ki, regionda uzunmüddətli stabillik səylərində Livan əsas rol oynayacaq. ABŞ Yaxın Şərq nümayəndəsi bu açıqlamaları Livanın baş naziri Fuad Seniora ilə danışıqlardan sonra verib. Mitçel habelə Livanin son parlament seçkilərini alqışlayaraq bu səsverməni ölkə üçün mühüm uğur adlandırıb. ABŞ-ın dəstəklədiyi koalisiya gərgin mübarizədən sonra bazar günü parlamentdə üstünlüyünü bərpa edib. Mitçel deyib ki, Birləşmiş Ştatlar suveren, azad və müstəqil Livana dəstəyini əsirgəməyəcək.
XS
SM
MD
LG