Accessibility links

Nüvə təhlükəsizliyi:dərslər, nəticələr



Enerjisi sənayesinin inkişafı ilə nüvə təhlükəsizliyi məsələsinin əhəmiyyəti son illər artıb.Burada əsas prioritetlər əhali və ətraf mühitin qorunmasından ibarətdir. Bunun üçünsə reaktorların dizaynını daim yaxşılaşdırmaq lazımdır. Nüvə təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqətin ayrılmasına faciəli qəzalar səbəb olmuşdur. Ukraynada bir zamanlar 50 min əhalisi olan Pripyat şəhəri indi tamamilə boşdur.

Buna səbəb dünya tarixində ən böyük nüvə qəzası olan Çernobıl qəzası olub.

1986-cı il aprelin 26-da Çernobılda dördüncü bölmədə soyutma sisteminin yoxlanışı keçirilirdi. Bərk qızmış reaktorda buxarın təzyiqindən partlayış baş vermiş və nüvə stansiyasının damı uçmuşdur. Nüvə radiasiyası ətrafa yayılmağa başlamış, insanlar yatdığı vaxt radiasiya Çernobıldan çox-şox uzaqlara yayılmışdır.

Nüvə reaktoru ilə yanaşı, qrafit alov içində olub. Rəsmilərin reaktoru bağlamaq üçün vertolyotlar göndərməsinə baxmayaraq, yanğın dörd gün davam etmişdir.

Külək radioaktiv elementləri Ukrayna, Belarus, Rusiya, sonrada isə Skandinaviya, Britaniya və Avropanın digər yerlərinə qədər aparmışdır.

Bir gün keçəndən sonra Pripyatdan insanları evakuasiya etməyə başladılar. Adamlara deyirdilər ki, onlar bir neçə günə şəhərdən gedirlər. Lakin Pripyat sakinləri bir də oraya qayıtmadılar.

Radiasiyanın hər tərəfə yayılmasına baxmayaraq, sovet rəsmiləri Çernobılda baş verənlər haqda ictimaiyyətə məlumat vermirdilər. İnsanların çoxu xaricdən fəlakətlə bağlı verilən məlumatlar deyil, rəsmilərin sözlərinə inanırdı.

Yüzlərlə kilometr uzaqda, başqa ölkələrdə detektorların radiasiyanı qeydə alması sovet rəsmilərini Çernobılda qəzanın baş verdiyini etiraf etməyə məcbur etdi.

Minlərlə insan partlayışdan sonra qalıqların təmizlənməsi işləri üçün Çernobıla göndərilmişdi. Onlar reaktoru bağlamaq üçün sarkofaq adlanan örtük qururdular. İşçilər radiasiya məruz qalmış, onların çoxu xəstələnmişdir.

Sovet hökuməti Çernobıl obyektində 31 insanın həlak olduğunu bildirmişdi. Ümümdünya Səhiyyə təşkilatı təmizləmə işləri aparanlar arasında daha 2 min 2 yüz insanın, Çernobıldan sonra xərçəng və radiasiya ilə əlaqədar xəstəliklərinsə 4 minə yaxın insanın ölümünə səbəb olacağını təxmin edib.

Radiasiya nəticəsində Çernobılın ətrafında 30 kilometrlik ərazi qapalı zona elan edildi. Nüvə elektrik stansiyası 2000-ci ildə bağlandı.

Çernobıl nüvə elektrik stansiyasının reaktorları qərbdə standart olan qalın beton tikili ilə əhatə olunmamışdı.

Beynəlxalq Atom enerjisi agentliyinin nüvə installasiyası təhlükəsizliyi üzrə direktoru Filip Jame onların əhəmiyyətini vurğulayaraq deyir ki, bu, insanlar və ətraf mühiti radioaktivlikdən qoruyur.

Çernobıldan bir neçə il əvvəl 1979-cü ildə ABŞ-ın Pensilvaniya ştatında Three Mile İsland nüvə eletkrik stansiyasında bu qurğuların tikilməsi tövsiyə edilmişdir.

Bundan sonra ABŞ-da nüvə enerjisi sənayesində təhlükəsizlik prinsipləri və standartlar ciddiləşmişdir.

Beynəlxalq Atom enerjisi agentiyi nüvə təhlükəsizliyinin prioritet olduğunu bildirir və bunun üçün təlimlər keçirir və nüvə elektrik stansiyalarının fəaliyətini monitorinq edir.




XS
SM
MD
LG